Tunisdə təzə nazir təyin olunub

Məmmədzadə Zərintac 26/07/2020

Tunis Prezidenti Kais Səid Daxili İşlər naziri Hişem Meşçini yeni Baş Nazir təyin edib. “Qafqazinfo”ya əsasən "XəbərBuro" xəbər verir  ki, bununla bağlı “Tunis Afrique Presse” agentliyi məlumat bildirib.

Agentlik vurğulayır ki, respublika Prezidenti yeni Baş Nazirə Tunis hökumətini formalaşdırmaq tapşırığını verib.

Tunis qanunvericiliyinə görə, Nazirlər Kabinetinin formalaşdırılması üçün Meşçinin bir ay vaxtı olacaq. Hökumətin yekun tərkibi ölkənin Xalq Nümayəndələri Assambleyası  təsdiq edəcək. Əgər parlament Nazirlər Kabinetinin tərkibini təsdiq etməkdən imtina etsə, ölkə Prezidenti parlamenti buraxmaq və seçkiləri elan etmək hüququ qazanacaq.