Tullantı sularının təkrar emalı sahəsində görüş keçiriləcək

Leyla Aliyeva 10/08/2020

Tullantı sularının təmizlənərək texniki məqsədlər, o cümlədən suvarmada təkrar istifadə edilməsi və bu sahəyə özəl sektorun cəlb olunması üçün 14 avqust tarixində saat 12:00-da ETSN-nin təşkilatçılığı və maraqlı tərəflərin iştirakı ilə videoformatda görüş keçiriləcək.

“XəbərBuro” bildirir ki, məqsəd bu istiqamətdə ixtisaslaşmış şirkətlərlə birgə əməkdaşlıq imkanlarını müzakirə etmək, sudan təkrar istifadə istiqamətində praktiki işləri sürətləndirmək və dövlət-özəl tərəfdaşlığı üzrə müvafiq iqtisadi mexanizmləri hazırlamaqdır. 

Görüşdə iştirak etmək istəyən sahibkarlar və ya onların nümayəndələrindən adı, soyadı, təmsil etdiyi təşkilatın adı, qeydiyyat ünvanı barədə məlumatları [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur. Görüşün linki iştirakçıların poçt ünvanlarına göndəriləcək.