Trent Aleksander-Arnold mövsümün ən yaxşı gənc futbolçusu seçilib

Məmmədzadə Zərintac 15/08/2020

İngiltərə Premyer Liqasında keçən mövsümün ən yaxşı gənc futbolçusu müəyyənləşib.

“Qafqazinfo”ya əsasən "XəbərBuro"  xəbər verir ki, “Liverpul”un müdafiəçisi Trent Aleksander-Arnold bu mükafata layiq görülüb.

Gənc futbolçu keçən  mövsüm çempionatda keçirdiyi 38 oyunda 4 qol vurub, 13 məhsuldar ötürmə edib.