Trampın namizədliyi təsdiq olunub

Məmmədzadə Zərintac 24/08/2020

ABŞ-ın respublikaçılar partiyası rəsmən Donald Trampı ikinci prezidentlik müddəti üçün namizəd kimi təsdiqləyib.

“XəbərBuro"  xəbər verir ki, bu haqda səsvermə canlı efirdə aparılıb. Tramp namizədliyi üçün lazım olan 1276 nümayəndənin səsini toplayıb.

Prosedur formal xarakter daşıyır.  Tramp ciddi rəqabət olmadığı təqdirdə bütün praymerizlərdə qalib gəlib.

ABŞ-da prezident seçkiləri 3 noyabrda keçiriləcək. Trampın əsas rəqibi demokrat Co Baydendir.