Tramp Rusiyadakı keçmiş diplomata Ukraynada səfir postu təklif edib

Esed Abasli 02/05/2020


ABŞ Prezidenti Donald Tramp Amerikanın Rusiya Federasiyasındakı diplomatik missiyasının keçmiş işçisinə Ukraynada səfir vəzifəsini təklif edib.

"XƏBƏRBURO"  “İnterfaks”ə istinadən xəbər verir ki, Tramp istefada olan general-leytenant Keyt Deytonun ABŞ-ın Ukraynadakı səfiri vəzifəsinə namizədliyini irəli sürüb.

“Vaşinqtondan olan Keyt Dayton Amerika Birləşmiş Ştatlarının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri olacaq”, - deyə məlumatda bildirilir.

Bundan əvvəl Keyt Deyton ABŞ-ın Rusiyadakı səfirliyində hərbi attaşe kimi xidmət edib. İndi Almaniyada Corc Marşal adına Mərkəzin direktoru, həm də ABŞ-ın Ukraynadakı müdafiə məsələləri üzrə baş məsləhətçisidir.

ABŞ-ın Ukraynadakı səfiri vəzifəsi keçən ilin mayında, Ağ Ev Kiyevdən Mari Yovanoviçi geri çağırandan sonra boş qalıb. Sonradan eks-səfir ABŞ Prezidenti Donald Trampın impiçmenti ilə bağlı qalmaqalın iştirakçılarından biri olmuşdu.