Toyuna hazırlaşdığı Elçinin nişan fotosu

Leyla Aliyeva 14/07/2020

Ermənistan Silahlı Qüvvələrinin Tovuz rayonu istiqamətində Azərbaycan sərhədlərinə hücumunu dəf edərkən şəhid olmuş müddətdən artıq həqiqi xidmət hərbi qulluqçusu, əsgər Mustafazadə Elçin Arif oğluna vida mərasimi keçirilib. 

"Xəbərburo" “Qafqazinfo”ya istinadən xəbər verir ki, mərasim şəhidin doğulduğu Ağstafa rayonunda baş tutub.

Şəhidi son mənzilə yola salmağa rayon rəhbərliyi, hərbçilər və ictimaiyyət nümayəndələri gəlib.

E. Mustafayevin qohumları onun nişanlı olduğunu və toya hazırlaşdıqlarını bildirib.