"Toyoto" motosikletlə toqquşub, ölən var

Məmmədzadə Zərintac 22/06/2020

Biləsuvarın Nərimankənd kəndində ölümə səbəb olan yol-nəqliyyat hadisəsi baş verib.
"Qafqazinfo"ya əsasən "Xəbərburo" xəbər verir ki, Səmədavad kənd sakini, Qasımnov Vasif Asif oğlunun idarə etdiyi "Toyoto" markalı minik avtomobili ilə Nərimankənd kənd sakini Nəzərov Ramin Xanhüseyn oğlunun idarə etdiyi motosiklet toqquşub.
Qəza nəticəsində motosikletin sürücüsü R.Nəzərov hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırmalar davam etdirilir.