Toylarla bağlı qərar.

Leyla Aliyeva 03/08/2020

Azərbaycanda toy və yas mərasimləri ilə bağlı qadağa qüvvədə qalıb.

"Xəbərburo" xəbər verir ki, Operativ Qərargahın bu gün yayımladığı açıqlamada 2020-ci il 31 avqust saat 00:00-dək ölkə üzrə tətbiq olunan xüsusi karantin rejimi çərçivəsində qüvvədə olan məhdudiyyətlər sırasına toy və yas mərasimləri də daxildir.

Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin keçirilməsi və toy məclislərinin təşkili qadağandır.