Toyda faciə: Çoxlu sayda ölən və yaralanan var

Esed Abasli 18/12/2021

Pakistanın Pəncab əyalətində toy şənliyi zamanı faciə yaşanıb. Belə ki, idarəetməni itirən sürücü avtobusu mərasimin keçirildiyi evin həyətində insanların üzərinə sürüb.

Hadisə nəticəsində azı 8 nəfər ölüb, daha 9 nəfər yaralanıb. Yaralıların çoxunun vəziyyəti ağır olduğundan ölənlərin sayı arta bilər.

İlkin məlumata görə, qəzaya qatı duman səbəb olub. Sürücü hadisə yerindən qaçıb, hüquq-mühafizə orqanlarının əməkdaşları ona qarşı cinayət işi açıb və avtobusu müsadirə ediblər.

Mənbə: TASS