Tovuzda ölüm hadisəsi baş verib

Məmmədzadə Zərintac 23/06/2020

Tovuz rayonunda orta yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

"Report"a əsasən "Xəbərburo" xəbər verir ki, hadisə rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. 

 Yerli sakin iş zamanı hündürlükdən yıxılaraq aldığı xəsarətlərdən dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir.