Tovuzda daha bir evə mərmi düşdü

Leyla Aliyeva 15/07/2020

Ötən gün axşam saatlarında Ermənistan silahlı qüvvələri növbəti dəfə təxribat edərək mülki yaşayış məntəqələrini hədəfə alıb.

“Xəbərburo” xəbər verir ki, Ermənistan ordusu tərəfindən atılan mərmi Tovuzun Aşağı Öysüzlü kənd sakini Qasımov İlqam Allahverdi oğlunun həyətinə düşüb. Ətrafa yayılan mərmilər evə ziyan vurub. 

Qeyd edək ki, bu zaman ev sakinləri evdə olub. Onlar arasında ailənin yaş yarımlıq körpəsi Elcan Qasımov da var.

Aşağı Öysüzlü kəndi cəbhə bölgəsindən təxminən 15 km aralı məsafədə yerləşir.