Tovuzda canavar gəncə hücum etdi

Röya Vahabova 22/06/2020

Tovuzda canavar gənc oğlana xəsarət yetirib.

"Xəbərburo'' bildirir ki, “Qafqazinfo”nun xəbərinə görə, hadisə rayonun Əsrik dərəsi adlanan ərazidəki meşədə baş verib. Canavar 23 yaşlı Samir Əliyevə hücum edərək onu dişləyib. 

Gənc xəstəxanaya müraciət edib. Ona tibbi yardım göstərildikdən sonra evə buraxılıb.