Tovuz rayon Heydər Əliyev Mərkəzində ekskursiya
26/11/2021

19 noyabr 2021-ci il tarixdə Heydər Əliyev İrsinin Təbliği ilə bağlı Tovuz Gəncləri üçün İnkişaf və Karyera Mərkəzinin könüllülərindən ibarət bir qrup gənc Tovuz rayon Heydər Əliyev Mərkəzində ekskursiyada oldular.
Ekskursiya zamanı gənclərə Heydər Əliyevin Gənclər Siyasəti, Ulu öndərin gənclərə verdiyi dəyər və tövhələr haqqında məlumat verildi.Muzeydə Ulu Öndərə aid eksponatlar əyani şəkildə gənclərə göstərildi.