Tovuz istiqamətində düşmən mövqelərimizi yenə atəşə tutub

Məmmədzadə Zərintac 16/07/2020

16 iyulun səhər saatlarından etibarən Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələrinin mövqelərimizə yenə hücum cəhdi olub.

"Xəbərburo" xəbər verir ki, bu haqda Müdafiə Nazirliyindən məlumat gəlib.

Rayonun Ağdam, Dondar Quşçu və Vahidli kəndləri iriçaplı silahlar və minaatanlardan atəşə tutulub. Mülki əhali arasında xəsarət alan yoxdur. Hazırda bu istiqamətdə döyüş gedir. Əməliyyat şəraiti bölmələrimizin nəzarətindədir.