XəbərBuro

"Tottenhem”dən 16 milyonluq transfer

30/08/2020

İngiltərənin “Tottenhem” klubu heyətini yeni futbolçuyla gücləndirib.

"XəbərBuro" bildirir ki, London təmsilçisi “Vulverhempton”dan Mett Dohertini transfer edib.

Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 28 yaşlı müdafiəçiylə müddəti 2024-cü ilin yayına qədər olan sözləşmə imzalanıb.

“Tottenhem” irland futbolçu üçün “Vulverhempton”a 16,5 milyon avro ödəyib.

İrlandiya yığmasının da üzvü olan Doherti, “Vulverhempton”dan başqa “Hibernian” və “Beri”də də forma geyinib.

Related Articles