Tokioda son sutkada rekord yoluxma sayı açıqlanıb

Məmmədzadə Zərintac 01/08/2020

Yaponiyanın paytaxtı Tokioda son sutkada COVİD-19-a yoluxanların sayı  472 nəfər olub.  

"XəbərBuro" xəbər verir ki,  əvvəlki rekord cümə günü qeydə alınıb (463 nəfər).

Yaponiya ərazisində, “Diamond Princess” laynerinin ekipaj üzvləri də daxil, koronavirusa yoluxanların ümumi sayı 37,1 nəfəri keçib. Ölüm hallarının sayı 1 024-dür.

Koronavirusa yoluxma hallarının çoxalmasına  rəğmən, Yaponiya hakimiyyəti bildirir ki, hələ ölkəni fövqəladə vəziyyət rejiminə qaytarmaq planı yoxdur. Bu rejim ölkənin cənubunda yerləşən Okinava prefekturasında elan olunub. O, avqustun 15-dək tətbiq ediləcək.