Tokioda bu günə qədər rekord yoluxma sayı

Məmmədzadə Zərintac 09/07/2020

Ötən gün ərzində Yaponiyanın paytaxtı Tokioda 224 nəfərdə koronavirusa yoluxma qeydə alınıb.

"Qafqazinfo"ya əsasən "Xəbərburo"  xəbər verir ki,  bu şəhərdə bu günə qədər ən yüksə günlük yoluxma sayıdır. Axırıncı belə göstərici aprelin 17-si 206 yoluxma faktının olması ilə qeydə alınıb.

May ayının sonundan etibarən Tokio və ölkənin digər bölgələrində fövqəladə vəziyyət rejimi ləğv edilib. Son bir həftə ərzində isə ölkədə günlük yoluxma sayının artım tempi sürətlənib.

Bildirək ki, Yaponiyada ümumilikdə 20 174 insan koronavirusa yoluxub, 980 nəfər xəstəlik səbəbindən dünyasını dəyişib.