Təşəkkürlər Qardaş Türkiyə, təşəkkürlər TRT"

Məmmədzadə Zərintac 26/10/2020


Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qardaş Türkiyə xalqına və xüsusilə də TRT telekanalına təşəkkür edib.

"XəbərBuro" xəbər verir ki, bu haqda  H.Hacıyev “Twitter” hesabında yazıb.

Sosial şəbəkə hesabında Türkiyənin TRT telekanalının aparıcılarının Azərbaycana dəstək xarakterli səmimi çıxışlarının videosunu paylaşan H.Hacıyev bu sözləri bildirib:

“Təşəkkürlər Qardaş Türkiyə, təşəkkürlər TRT. Bir millət, iki dövlət”.