Terror təşkilatı PKK ilə əməkdaşlıq edən aciz Ermənistan qətliamlara davam edir

Məmmədzadə Zərintac 28/10/2020

Türkiyənin Milli Müdafiə Nazirliyi Ermənistanın Bərdəyə növbəti raket hücumuna dair fikir bildirib.

“XəbərBuro” xəbər verir ki, nazirliyin tvitter hesabında bunlar qeyd olunur:

“Terror təşkilatı PKK ilə əməkdaşlıq edəcək qədər aciz davranan Ermənistan ordusu atəşkəsi pozaraq qətliamlara davam edir. Azərbaycan Ordusu isə cəbhədə mərd və qəhrəmancasına mübarizə ilə 183 yaşayış yerini işğaldan qurtarıb və davam edir”.