Təhsil naziri və Böyük Britaniyanın səfiri arasında görüş olub

Məmmədzadə Zərintac 18/08/2020


18 avqustda Təhsil naziri Emin Əmrullayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ceyms Layl Şarp və Britaniya Şurasının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Samr Şah ilə görüşüb.

"XəbərBuro" xəbər verir ki, Təhsil Nazirliyinin məlumatı əsasında,  görüşdə Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əlaqələrin cari vəziyyəti və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. 

Britaniya Şurasının dəstəyi ilə ölkəmizdə həyata keçirilən layihələr ətrafında fikir mübadiləsi aparılıb.