TƏBİB-dən ofisdə işləyənlərlə bağlı müraciət

Fəxriyyə Qüdrətli 12/06/2020

TƏBİB ofis binalarının əməkdaşları, sahibkarlar və menecerlərin ofis daxilində “COVID-19”la bağlı qaydalarla əlaqədar vətəndaşlara müraciət ünvanlayıb.

“Xəbərburo” xəbər verir ki, müraciətə əsasən, əməkdaşlar “COVID-19” haqqında maarifləndirilməli, ofisdə gigiyenaya riayət etməyə təşviq etməklə bağlı posterlər yerləşdirilməlidir:

“ Xəstəliyi olan əməkdaşlar ofis binasına buraxılmamalı və evdə izolyasiya olunmasına şərait yaradılmalıdır.

Ofisdə asqırarkən və ya öskürərkən ağız və burun birdəfəlik salfetlə örtülməlidir.

Ofis birdəfəlik salfetlərin atılması üçün qapalı zibil qabları ilə təmin olunmalıdır.

Ofis əlləri dezinfeksiya etmək üçün içində dezinfeksiyaedici məhlul olan dispenserlərlə təchiz olunmalıdır”.