TƏBİB bugünə olan statistik göstəriciləri açıqlayıb

Məmmədzadə Zərintac 26/07/2020

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusa dair 26 iyula olan statistik göstəriciləri açıqlayıb.

"XəbərBuro" xəbər verir ki, məlumata görə hazırda ölkədə 6949 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 314 nəfər reanimasiyada, 70 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 30 050 nəfər virusa yoluxub, 22 684 nəfər sağalıb.

Bu gün 7296 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 683 548 test aparılıb.

Eləcə də bu gün 417 koronavirusa yoluxma faktı qeydə alınıb, 9 nəfər ölüb və 602 nəfər sağalıb.