Tarkan Azərbaycana dəstəyini ifadə etdi
Leyla Aliyeva 19/10/2020
Türkiyənin dünyaca məşhur müğənnisi Tarkan Azərbaycana dəstəyini ifadə edib.
“XəbərBuro” xəbər verir ki, müğənni 5 milyona yaxın izləyicisi olan instaqram səhifəsində Azərbaycan və Türkiyə bayraqlarının yer aldığı foto paylaşıb.
Paylaşımda bunları yazıb:
“Dualarım qardaş ölkə Azərbaycanla. Xain hücumlar zamanı həyatını itirənlərə Allahdan rəhmət, ailə və yaxınlarına başsağlığı, yaralılara qısa zamanda şəfalar diləyirəm. Çok üzgünəm. Qəlbim Azərbaycan xalqı ilə”.
Azərbaycanlı izləyicilər, tanınmış yerli şou-biznes ulduzları sənətçiyə dəstək üçün təşəkkür rəyi yazıblar.