Tarix yazan müzəffər Ali baş komandan.

Esed Abasli 27/11/2020

Azərbaycan öz geosiyasi mövqeyinə görə hər zaman müharibələrin, siyasi proseslərin mərkəzində və ya bilavasitə iştirakçısı olub. Son 210 illik tariximizdə Azərbaycanda baş verən bütün müharibə və siyasi toqquşmalarda Azərbaycan torpaq bütünlüyünü qoruya bilməmişdi. Tarixi nöqteyi nəzərdən Azərbaycanın müasir dövrdə 44 gündə öz ərazilərini bərpa etməsi böyük siyasi iradə və uzun zaman böyük əziyyətlər verilən ordu quruculuğu durur. 

Tarixə yaxından nəzər salaq. Nadir Şah Əfşardan bu yana heç bir Azərbaycan rəhbəri torpaq bərpa edə bilməmişdi. 1918-ci ildə Azərbaycan öz müstəqilliyini elan edən zaman əhalisi tamamilə azərbaycanlılardan olan indiki deyimi ilə Qərbi Azərbaycan ermənilərə verildi. 1990-cı illərdən başlayaraq Azərbaycanın torpaq itirmə prosesi davam etdi. Burada bir çox siyasilərin öz “stul” sevdaları, Vətən müharibəsi aparılan zaman milli maraqların deyildə vəzifə maraqlarına yönəlmələri cənubi Qafqaz regionunda qanlı bir müharibə ocağının formalaşmasına gətirib çıxardı.  Ümumilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə gəlməsi Azərbaycanın qurtuluşu bir dövlətin bel sütunu olan ordu və diplomatiyanın formalaşmasına imkan yaratdı. Təbii ki, bu proseslər burda yazılan qədər rahat irəliləmirdi. Azərbaycan yeni müstəqilliyini qazanmış dövlət olduğu üçün bir çox dövlətlərin sərmayədarların buraya marağı yox idi. Azərbaycanın dirçəlişi ona görə Heydər Əliyevin adı ilə bağlıdır ki, O, vəzifəni yox millətini düşünür və güclü Azərbaycan üçün çalışırdı.

Prezident İlham Əliyev, Heydər Əliyevin vəsiyyətini yerinə gətirən şücaətli bir oğul və bir prezident kimi bu məsuliyyətin layiqcə öhdəsindən gəlirdi. Lakin hələdə Azərbaycanın minlərlə oğlunu qızını qurban verdiyi Qarabağ işğal altında idi. Müharibə dövründəki siyasi prosesləri izlədikdə və bir çox araşdırmalarda həqiqətən İlham Əliyevin siyasi deha olmasını görür və qürurlanırdım. Bu zaman anladım ki, biz 44 gün müharibə aparmadıq 30 ildir müharibə aparırıq. İlham Əliyevin siyasi deha adlandırılması sadəcə pafosdan və qalib lideri tərifdən deyil həqiqi bir liderə, sərkərdəyə layiqli ünvanı verməkdir. 

İlham Əliyev ölkə rəhbərliyinə xalqın səsverməsi ilə seçildikdən sonra atdığı addımlar hər biri Qarabağa bizləri bir addım daha yaxınlaşdırırdı. Bu addımlar həm siyasi həm hərbi baxımdan günümüzə planlanmış addımlar olmasını 44 günlük müharibədə şahidi olduq. 

- İlham Əliyevin enerji istehlakı və ixracı barədə atdığı addımlar bir çox enerji sərmayədarlarının diqqətini Azərbaycana yönəltdi. Bu gələcəkdə Qarbağ münaqişəsinin hərbi və ya siyasi yol ilə həllində aparıcı rola malik olacaqdı. Çünki Azərbaycan bir çox sərmayədarların, transmilli şirkətlərin Azərbaycan ciddi maraqlarının bizneslərinin qorunması üçün siyasi düşüncələri nə olursa olsun Azərbaycanı dəsdəkləməyə yönəldəcəkdi. 

- Hərb sənayesinin təşkilində ciddi addımlar atıldı. Azərbaycan öz silahlarını istehsal etməyə başladı. Bu gələcəkdə erməni lobbisinin bir çox siyasilərə təziqləri qarşısında aciz qalaraq Azərbaycana qarşı hər hansı silah satışında yaranacaq problemlərə qarşı düşünülmüş böyük və ciddi addım adi.

- Rusiya federasiyası ilə müstəqil siyasətin aparılması və iki tərəfli tərəfdaşlığın qurulması. Şüpəsiz cənubi Qafqaz dedikdə Rusiya federasiyası ön plana çıxırdı. Rusiya federasiyasının günümüzdə də Ermənistana silah yardımı və siyasi proseslərdə dəstəkləməsi Azrbaycanın Rusiyaya qarşı ehtiyatla yanaşmağı eyni zaman da siyasi müstəqilliyini qorunmasını təmin etməli idi. Rusiya federasiyası ilə həm enerji həm ticari olaraq genişləndirlən siyasət günümüzdə Rusiyanın Ermənistana nə dərəcə yardım etmiş olsa belə Azərbaycana qarşı açıq müdaxiləsinin qarşısını aldı.

- Avropanın enerji bazarının Azərbaycana daşınması. Şüpəsiz Avropada erməni lobbisinin gücü və bir çox siyasilər üzərində təziqi hər kəsə məlumdur. Lakin lobbnin gücü nə dərəcə çox olsada ölkə əhalisinin enerjini təminatını qarşılamaq məcburiyyətindən güclü ola bilməz. Azərbaycanın neft – qaz sektorunda Avropanın enerji bazarına çevrilməsi şüpəsiz 44 günlük müharibədə ermənistanın avropa dəstək qanadını bağlayacaqdı. Elədə oldu. 

- Qardaş Türkiyə ilə iki tərəfli hərbi, siyasi, ticari əməkdaşlığın ən yüksək dərəcə də qurulması. Şüpəsiz bütün politoloqlar gözəl bilir ki, Rusiya Qafqaz regionunda Türkiyənin müdaxiləsini və təsirinin artmasından narahatlığını açıq şəkildə bildirirdi. Qardaş Türkiyənin Suriya və İraqda ən müasir hərbi silahlarla əməliyyatları Rusiyanın dəstəklədiyi Bəşər Əsəd rejiminə qarşı ciddi qələbələri Rusiyanın Cənubi Qafqazda Türkiyəni görməkdən heçdə məmnun olmayacağı açıq idi. Lakin prezident İlham Əliyevin Türkiyə ilə əməkdaşlığı möhkəmləndirməklə yanaşı Qardaş Türkiyənin Cənubi Qafqaza yolunu açmaqla yanaşı eyni zaman da Rusiya ilə əməkdaşlığın çox tərəfli inkişafı ilə Rusiyanın sərt müdaxiləsinin qarşısını alırdı. 

- Daxili siyasi stabilliyin qorunmasının təmin edilməsi. İslahatların və korrupsiyaya qarşı ciddi addımların atılması ölkə daxili stabilliyin bərqərar olması şüpəsiz Azərbaycanın hər sahədə inkişafının əsas təməlini təşkil edir. Bir çox xarici qüvvələr bu stabilliyə qarşı müdaxilələri xalq iqtidar  birliyi nəticəsində məhv edilir. Şüpəsiz daxilimizdə də bir çox siyasi partiyalar hansılar ki avropa və amerikanın qanlı əllərini ölkəmizə gətirmək cəhdləri hər tərəfli xalqın birliyi və Ali baş komandana inancı ilə məhv edildi. 

- Beynəlxalq yarışlarının Azərbaycanda keçirilməsi şüpəsiz Azərbaycanın tolerant, multikultural bir ölkə tanıdılmasında, mədəniyyətimizin dünyaya açılmasında böyük rol oynadı. Bu da Azərbycanın və Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında əvəzsiz rol xidmətləri oldu ki, dünyanın bir çox ölkələri ermənilərin vandal, faşist siyasətlərini tanıdılar. 

- Covid-19 (Koronovirus) pandemiyası dövründə Azərbaycanın Dünya Səhiyyə Təşkilatı, Birləşmiş Millətlər Təşkilatı ilə sıx əlaqənin qurulması, pandemiya əleyhinə mübarizədə Azərbaycanın Dünyanın  aparıcı ölkəsinə çevrilməsi eyni zaman da Azərbaycana qarşı pandemiyadan sonrakı dövr üçün iqtisadi inkişaf sahəsində böyük addım idi. 


Və 27 sentyabr 2020- ci il. Vətən müharibəsinin başlandığı gün. Artıq Azərbaycanın qarşısında heç bir əngəl yox idi. Çünki Ali aş komandan. Prezident ilham Əliyev 17 il ərzində Ermənistanın istifadə edəcəyi bütün yolları bağlamışdı. Həm siyasi həm də hərbi sahədə bağlamışdı. Artıq meydanda Rusiyanın silahlandırdığı Ermənistan, öz gücü ilə ordu qurmuş, öz Prezidentinin siyasi və hərbi dehasıyla formalaşmış müasir Azərbaycan ordusu vardı. Azərbaycanın mərd və yenilməz oğulları həm hərbi və informasiya müharibəsində başladığı haqq mübarizəsi 10 noyabr tarixində Ermənistanın acı və rəzil durumda məğlubiyyəti ilə başa çatdı. Yuxarıda sadaqladıqlarımdan da göründüyü kimi İlham Əliyev 17 il ərzində hər bir siyasi hərbi addım da Qarabağ üçün atırdı. Azərbaycanın şanlı zəfəri üçün çalışırdı və çalışmağa davam edir. Hal-hazır ki durumda Rus sülhməramlıların gəlməsi əgər tək Rusiya iştirak edərdisə təhlükəli ola bilərdi. Lakin prezidentimizin Türkiyə ilə “bir millət iki dövlət” anlayışı ilə qurduğu əlaqə özünü Şanlı zəfərdən sonra siyasi arenada da göstərdi ki, Rusiya artıq Cənubi Qafqazda tək olmayacaq eyni zamanda Türkiyədə Qarbağda olacaq! Artıq Azərbaycan torpaqlarını tam olaraq müzəffər Ali baş komandan və şanlı ordumuz sayəsində xalqımızın birliyi sayəsində bərpa edib. Siyasi proseslərdə də qardaş Türkiyə ilə birlikdə tam olaraq Azərbaycanın milli maraqları çərivəsində öz həllini tapacaqdır. Ali baş komandanın dediyi kimi “nəyi nə zaman etmək lazım olduğunu mən bilirəm!” bu ifadəyə bütün Azərbaycan xalqı inanır. Bu sadaladıqlarım 17 illik ağır məsuliyyətin öhdəsindən gələndən 210 il sonra orduya qələbə sevinci yaşadan Ali baş komandan İlham Əliyev xalqın əbədi yaşar müzəffər sərkərdəsidir.

Yaşasın müzəffər Ali baş komandan, yaşasın şanlı ordumuz, Yaşasın Azərbaycan!


Hörmətlə: Səbail bələdiyyəsinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Taleh Mansurov