"Tank biatlonu" müsabiqəsinə hazırlıqlar davam edir

19/08/2020


“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində keçiriləcək “Tank biatlonu” müsabiqəsində iştirak edən tankçılarımız birinci divizionun ilk yarışına hazırlıqlarını davam etdirir.

"XəbərBuro" xəbər verir ki, Müdafiə Nazirliyindən olan məlumata görə, tank heyətləri və texniki dəstək qrupunun  yarışda istifadə edəcəkləri döyüş maşınlarına baxış keçirilib.

Heyətlərimiz döyüş maşınlarını yoxladıqdan sonra, tankın ştat silahlarından yoxlama atışları da icra ediblər.