Tamilla Rüstəmova vəfat etdi
Leyla Aliyeva 23/07/2020

Azərbaycanlı aktrisa və pianoçu Tamilla Rüstəmova dünyasını dəyişib. “Xəbərburo” xəbər verir ki, 84 yaşlı sənətçi uzun çəkən xəstəlikdən sonra həyatını itirib.
Qeyd edək ki, aktrisa “Ulduz”, “Böyük dayaq”, “Zirvə” və “Axırıncı aşırım” kimi filmlərdə rol alıb. Qısa müddət ərzində məşhurlaşan T. Rüstəmova Qnesinalar adına Musiqi İnstitutunun fortepiano ixtisası üzrə təhsil alarkən vokalçı Olgerd Krastınşa ərə gedib və Riqaya köçüb. Daha sonra isə Moskvada yaşayıb.