“Taliban” Pəncşirdə daha 20 mülki şəxsi öldürüb.

Aynur 14/09/2021

“Taliban”ın Əfqanıstanda sivilləri öldürməsi ilə bağlı yeni videogörüntülər yayılıb.

“XəbərBüro” BBC-yə istinadən xəbər verir ki, bir həftə əvvəl Pəncşir əyalətində müqavimət nəticəsində 20 nəfərin öldürüldüyü ortaya çıxıb.

Rabitə kanallarının kəsilməsinə baxmayaraq, Pəncşirdən alınan kadrlarda “Taliban” döyüşçülərinin əhatəsində hərbi paltar geyinmiş şəxsin silah səslərindən sonra yıxıldığı görünür. Lakin “Taliban” qeyd edilən faktları təsdiqləmir. 

Qeyd edək ki, ötən ay “Taliban” Əfqanıstanda hakimiyyəti ələ keçirəndə yalnız bir bölgədə ciddi müqavimətlə qarşılaşmışdı. Pəncşir Vadisi olaraq bilinən bölgədə Əhməd Məsud müqavimət qüvvələrinin komandanlığını öz üzərinə götürmüşdü. Vadini əhatə edən dağlar bölgəni ələ keçirməyi çətinləşdirsə də,  sentyabrın 7-də “Taliban”, müqavimətin son bölgəsində hökmranlığını qoruduğunu söyləyərək bölgəyə bayrağını asmışdı.