“Taliban” Əfqanıstanda musiqini yasaqlamağa hazırlaşır.

Aynur 27/08/2021


"Taliban” Əfqanıstanda musiqini yasaqlamağa hazırlaşır.

Bu barədə ”The New York Times”a müsahibəsi zamanı qruplaşmanın nümayəndəsi Zəbiullah Məcid danışıb.

"İslamda musiqi qadağan edilib. "Taliban” Əfqanıstanda ictimai yerlərdə musiqi səslənməsini yasaqlayacaq”, - o qeyd edib.

"Taliban” nümayəndəsinin sözlərinə görə, viza və xarici pasportla ölkəni tərk etmək istəyən Əfqanıstan vətəndaşları problemsiz şəkildə Kabil aeroportuna daxil ola bilərlər.

Z.Məcid həmçinin ABŞ hərbçiləri üçün işləmiş tərcüməçi və digər şəxslərin təhlükəsizliyinə zəmanət verildiyini bəyan edib.