Şuşada "ASAN xidmət" mərkəzi açılacaq

Esed Abasli 10/02/2022

"Vətəndaşlar işğaldan azad edilmiş ərazilərə köçdükdən sonra onların dövlət xidmətlərinə əlçatanlığı üçün “ASAN xidmət” mərkəzləri fəaliyyət göstərəcək".

 

XəbərBüro APA-a istinadən xəbər verir ki, bunu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev deyib.

Onun sözlərinə görə, ilk olaraq "ASAN xidmət" mərkəzi Şuşada açılacaq:

“Artıq Şuşadakı layihə təsdiq olunub. Orada “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq. Digər rayonlarımıza gəldikdə hamımız orada erməni vandalizminin şahidi olmuşuq, şəhərlərimizin soyqırımı həyata keçirilib. Həmin ərazilərdə ən birinci minalardan təmizlənmə, infraktrukturun qurulması həyata keçirilir.

Təbii ki, zəruri şərait yaradıldıqdan sonra o ərazilərdədə “ASAN xidmət” mərkəzləri də qurulacaq" - o qeyd edib.