Sürücünün ölümü ilə nəticələnən qəza baş verdi

Leyla Aliyeva 28/07/2020

"Xəbərburo" bildirir ki, Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb. 

Əldə olunan məlumata görə hadisə Goranboy - Ağcakənd yolunun Safıkürd kəndi ərazisindən keçən hissəsində baş verib. 

Hərəkətdə olan “Mercedes” markalı avtomobilin sürücüsü Behbudov Tapdıq idarəetməni itirərək maşını yolun kənarına aşırıb. O, aparıldığı xəstəxanada həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.