Suraxanı rayonunda təzə xətlər qurulur

Məmmədzadə Zərintac 04/08/2020

Bakıda və regionlarda reallaşdırılan mühüm layihələr  əhalinin keyfiyyətli içməli su vasitəsilə fasiləsiz təminatının və kanalizasiya xidmətlərinin yaxşılaşması ilə nəticələnib.

“XəbərBuro"  xəbər verir ki, Suraxanıda da sakinlərin sosial problemlərinin həlli həmişə nəzarətdə saxlanılaraq su təchizatı və kanalizasiya xidmətlərinin yaxşılaşdırılması üçün təzə su və kanalizasiya xətlərinin çəkilişləri davam etdirilir.

Hazırda Suraxanı rayonu, Bülbülə və Əmircan qəsəbələrinin su təchizatı və kanalizasiya şəbəkələrinin yenidən qurulması işləri çərçivəsində “Azərsu” ASC-nin sifarişi ilə su və kanalizasiya xətlərinin çəkilməsi üzrə ixtisaslaşmış podratçı təşkilat  Əmircan qəsəbəsi Səttar Bəhlulzadə, Park, Malik Mustafayev, Atamoğlan Rzayev küçələri istiqamətində istismar müddəti bitmiş kanalizasiya xətlərinin dəyişdirməsi və d-800 mm-lik borularla 2900 metr uzunluğunda yeni kanalizasiya xətləri çəkməsi işlərini  görür.  Xətlər üzərində yağış və səth sularının kənarlaşdırılması üçün yağış barmaqlıqları quraşdırılır.

Rayonun digər qəsəbələrində də yeni su və kanalizasiya şəbəkələrinin qurulması işləri nəzarətdə saxlanılaraq mərhələli şəkildə davam etdirilir.