“Sundays with Unity” turnirində ölkəmizi altı şahmatçı təmsil edəcək

Məmmədzadə Zərintac 26/07/2020


26 iyulda “Unity Chess Club”un təşkilatçılığı ilə keçiriləcək blits üzrə onlayn “Sundays with Unity” turnirində Azərbaycanın altı şahmatçısı iştirak edəcək.

"XəbərBuro" xəbər verir ki, “Lichess.org” platforması vasitəsilə baş tutacaq yarışlarda ölkəmizi Vüqar Rəsulov, Məhəmməd Muradlı, Gülnar Məmmədova, Türkan və Zeynəb Məmmədyarovalar, Elnur Mehtiyev təmsil edəcəklər. Turnirə 536 şahmatçı qatılacaq ki, onlardan da 60-ı qrossmeysterdir.

Yarışın reytinq favoriti rusiyalı şahmatçı Boris Qraçyevdir (2695).