XəbərBuro

Sumqayıtda qəza hadisəsi olub

06/09/2020

Sumqayıtda ağır yol- nəqliyyat hadisəsi olub. Qəza şəhərin Sahil küçəsində qeydə alınıb.

"XəbərBuro"  xəbər verir ki, "Mercedes” və “Hyundai” markalı minik avtomobillərinin toqquşması nəticəsində 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar: 1987-ci il təvəllüdlü Şəhriyar Abdulhüseyn oğlu Həsənov, həyat yoldaşı 1988-ci il təvəllüdlü Ülkər İmran qızı Həsənova və onların qızları 2013-cü il təvəllüdlü İnci Şəhriyar qızı Həsənova və 2017-ci il təvəllüdlü Ləman Şəhriyar qızı Həsənova, Rövşən Babək oğlu Əlizadə, Samir Baba oğlu Sahilzadə və Seymur Sadiq oğlu Quliyev Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdiriliblər.

Fakta dair araşdırmalar aparılır.

Digər Məqalələr