Sumqayıtda kişi qısqandığına görə keçmiş arvadını bıçaqlayaraq öldürdü

Nadir Hüseynov 08/07/2020

"Xəbərburo" Baku TV xəbər verir ki, göstərilən tibbi yardıma baxmayaraq, qadın mayın 14-də vəfat edib və Seymur Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib.


İstintaqla müəyyən edilib ki, əvvəllər dörd dəfə məhkum olunmuş Seymur Abdullayev tanış olduğu Gülnar Əmənova ilə 2015-ci ildən qeyri-rəsmi nikahda yaşayıb. Qadının mobil telefonla ondan gizli başqa şəxslərlə danışmasından şübhələndiyinə görə tez-tez aralarında mübahisələr yaranıb, 2019-cu ilin aprel ayında cütlük ayrılıb.


Həmin ilin may ayının 1-də Seymur "Cavid" ticarət mərkəzinin yaxınlığında olarkən, arvadının tanımadığı şəxslə birlikdə getdiyini görüb. Buna görə də Gülnarı öldürmək qərarına gəlib. Ayın 3-ü, saat 17 radələrində Seymur sərxoş vəziyyətdə arvadının işlədiyi eynək mağazasına gələrək, sonuncu ilə mübahisə edib.


Gülnar Əmənova onunla yaşamaq istəmədiyini söylədikdə, bıçaqla qəsdən bədənin müxtəlif nahiyələrinə zərbələr endirib. Onları ayırmağa çalışan vətəndaşlara imkan verməyərək, Seymur yenidən qadına çoxlu sayda xəsarətlər yetirib.