Sumqayıtda intihara cəhdin qarşısı alındı

Svetlana Mirzəyeva 30/08/2020

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Sumqayıt şəhərində 1 nəfər onbeşmərtəbəli yaşayış binasının sonuncu mərtəbəsinin eyvanına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Bu barədə "XəbərBuro" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir. 

Sumqayıt Regional Mərkəzinin xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.