Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildi
05/12/2020
Sumqayıtda hazırlıq kursunun direktoru həbs edildi
Sumqayıt şəhərində Operativ Qərargahın tələb və göstərişlərinə zidd olaraq şagirdlərə yerində hazırlıq keçən tədris mərkəzi aşkar edilib.
Bu barədə "XəbərBüro Report.az-a istinadən xəbər verir .
Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbir zamanı şəhər sakini Taleh Mənsimova məxsus “Lider” hazırlıq kursunun qanunsuz olaraq fəaliyyət göstərdiyi müəyyən olunub.
Obyektə baxış zamanı şagirdlərin sinif otaqlarında sanitar-karantin qaydalarına əks olaraq sosial məsafə gözləmədən tədrisə cəlb olunduqları məlum olub.
Görülən tədbirlər nəticəsində kursun direktoru T.Mənsimov barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi isə protokol tərtib edilərək qərar verilməsi üçün məhkəməyə göndərilib.
Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə həmin şəxs 10 sutka inzibati qaydada həbs edilib.