Sumqayıtda ev yandı
20/08/2020

Sumqayıt şəhərində 9 mərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, ümumi sahəsi 80 m² olan mənzilin eyvanının yanar konstruksiyaları 6 m sahədə və su qızdırıcısı qismən yanıb.
Məlumata görə, mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.