Sosial yardım alıb "Lamborghini" satmağa başlayan cütlük həbs edildi

Nadir Hüseynov 23/06/2020

Belçikada yoxsullar üçün ayrılan sosial yardım hesabına özünə biznes quran restoran müdiri və həyat yoldaşı həbs edilib.


İş adamı Liege şəhərində məhkəmə qarşısına çıxarılıb.


"Xəbərburo" xəbər verir ki, 54 yaşlı Antonio və həyat yoldaşı dövlətdən320 000 avro sosial yardım alaraq telefon, geyim, kompüter və bahalı avtomobillərin satışına başladığı bildirilir.


Belçikalının satdığı 17 avtomobilin sırasında iki ədəd "Lamborghini" olduğu qeyd edilir.