Son dörd gün ərzində 350 “Taliban” yaraqlısı məhv edilib.
02/09/2021
Son 4 gün ərzində Pəncşir vadisində gedən döyüşlərdə 350 “Taliban” yaraqlısı öldürülüb.
“XəbərBüro” xəbər verir ki, bu barədə məlumatı Əfqanıstanın Milli Müqavimət Cəbhəsi yayıb.
Bildirilir ki, onlardan daha 287-si yaralanıb, 35-i isə saxlanılıb.