Somaildə baş vermiş terror hadisəsində 5 nəfər ölüb

Məmmədzadə Zərintac 16/08/2020

Somalinin paytaxtı Moqadişoda otellərin birində törədilmiş terror hücumunda 5 nəfər ölüb və xeyli insan yaralanıb.


"XəbərBuro"  xəbər verir ki, Yerli Təhlükəsizlik qüvvələrinin kapitanı Məhəmməd Hüseynin dediyinə görə, “Elite Hotel” binası yaxınlığında maşına quraşdırılmış bomba partladılıb. Sonra bir qrup silahlı şəxs paytaxt elitası arasında məşhur  otelə giriblər.

Ölənlər sırasında ölkənin yüksək vəzifəli məmuru da var, ölənlərinin sayının artacağı istisna deyil.