"Sobsan" boya fabrikində baş verən yanğınla bağlı açıqlama

Leyla Aliyeva 05/07/2020

"Sobsan" boya fabrikində baş verən yanğın söndürülüb. Bu barədə Etibar Mirzəyev açıqlama verib.

"Xəbərburo"nun məlumatına görə, Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev bildirib ki, yanğın zamanı 6 nəfər xəsarət alıb.  Baş vermiş hadisənin qarşısının alınmasına 300-ə qədər canlı qüvvə və 50-dən artıq texnika cəlb olunub. Nazir müavininin sözlərinə görə, yanğın yaşayış evlərinə keçməyib.