Siyavuş Novruzovun qardaşının vəzifəsi aşağı salınıb

Məmmədzadə Zərintac 25/09/2020


Millət vəkili Siyavuş Novruzovun qardaşının vəzifəsi aşağı salınıb.

"XəbərBuro" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin əmrinə əsasən Novruzov Məhərrəm Dünyamalı oğlu Dövlət Sosial Müdafiə Fondunun Nizami Rayon Şöbəsinin rəisi vəzifəsindən azad edildi.

Nazirin digər əmri ilə, M.Novruzov ƏƏSMN-nin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik Hüquqi şəxsinin 1 saylı nümayəndəliyinin müdir müavini təyin olunub.