Siyavuş Novruzov toya getməsindən danışdı

Leyla Aliyeva 21/08/2020

Deputat Siyavuş Novruzov həyat yoldaşı Ombudsman Səbinə Əliyeva ilə birgə AMEA prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etməsinə münasibət bildirib.

"XəbərBuro" xəbər verir ki,  S. Novruzov Yenisabah.az-a açıqlamasında bildirib ki, toy bütün qayda-qanunlara uyğun olaraq keçirilib:

"Yəni, Azərbaycan hökumətinin açıq havada oturmaqla bağlı qərarı var. O qərara əməl olunub. Hər bir masanın arasında 3-4 metr məsafə var idi. Toyda iştirak eləmişəm, düz eləmişəm.

 Biz hamımız məsafəni gözləmişik. O videonu kim necə çəkib özü bilər".