Şirvanda ticarət obyektlərində yanğın olub

Məmmədzadə Zərintac 26/08/2020


Şirvanda ticarət obyektləri yanıb.

"XəbərBuro" xəbər verir ki,  Şirvan şəhəri, N.Nərimanov küçəsində yerləşən ərzaq mağazasının dam örtüyündə qısa qapanmadan yaranan yanğın tez ona bitişik aptek və məişət avadanlığı satılan mağazanın dam örtüyünə keçib.

Yanğının söndürülməsinə FHN-in Şirvan Yanğından Mühafizə Xidmətinin avtomobilləri və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və digər obyektlərə yayılmasının qarşısı alınıb.

Yanğın zamanı 70 kv/m ərazidə dam örtüyü yanıb.

Fakta dair araşdırmalar aparılır.