Sinfin və ya məktəbin bağlanmasına bu qurum qərar verəcək.
07/09/2021

“Məktəblərin girişində şagird və müəllimlərin temperaturunun yoxlanılması nəzərdə tutulur”.
“XəbərBüro” xəbər verir ki, bunu təhsil nazirinin müşaviri Rüstəm Ağayev brifinqdə çıxış edərkən deyib.
O bildirib ki, kiminsə temperaturu 37 dərəcədən yüksək olarsa, həmin şəxs məktəbə, təhsil müəssisəsinə buraxılmayacaq: “Hansısa məktəbdə kimdəsə COVID-19 testinin nəticəsi pozitiv çıxarsa, Gigiyena və Epidemiologiya Mərkəzinə məlumat verilir. Onlar araşdırma apardıqdan sonra həmin sinfin, yoxsa məktəbin bağlanmasına qərar verəcəklər”.
Murad Əhməd