Şimali Koreya qanadlı raketləri sınaqdan keçirib
30/07/2020

Şimali Koreya iyul ayının əvvəlində keçirilmiş təlimlər zamanı gəmi əleyhinə qanadlı raketləri sınaqdan keçirib.
"XəbərBuro" xəbər verir ki, bununla bağlı “İnterfaks” məlumat yayıb.
Raket Yapon dənizində buraxılıb və 100 kilometrdən artıq məsafəni qət etməyi bacarıb. Raketin tipi dəqiq bilinməsə də ekspertlər bu silah növünün daha əvvəl də sınaqdan keçirildiyini zənn edirlər.