Şimali Koreya Cənubi Koreyaya xəbərdarlıq edib

Fəxriyyə Qüdrətli 07/06/2020

"Xəbərburo"nun "Eastnews"a istinadən verdiyi xəbərə görə, rəsmi Pxenyan Seula, Koreyanın sərhəd bölgələrində vərəqələrin göndərilməsinə və paylanmasına mane olmadığı təqdirdə ikitərəfli hərbi sazişi ləğv edəcəyi barədə xəbərdarlıq edib.

Şimali Koreya cənub qonşusunu sərt tənqid edərək, iki ölkənin diplomatik əlaqə ofisini bağlamaqla hədələyib.

Bununla yanaşı, Şimali Koreya lideri Kim Çen Innın bacısı Cənubi Koreyaya xəbərdarlıq edərək, iki ölkə arasındakı sərhəd bölgələrində vərəqələrin göndərilməsindən və paylanmasını dayandırmağa çağırıb. Əks təqdirdə ikitərəfli hərbi müqavilə ləğv ediləcəyini bildirib.

Qeyd edək ki, Cənubi Koreya, Şimali Koreya ərazisi daxilində sərhəd bölgəsində yüz minlərlə hökumət əleyhinə vərəqələr paylayıb.