“Şimal axını 2”nin gələcəyi Navalnı ilə bağlı prosesdən asılıdır” - Merkel

Leyla Aliyeva 07/09/2020

“Almaniya kansleri Angela Merkel ölkəsinin “Şimal axını 2”dəki mövqeyinin rus müxalifət lideri Aleksey Navalnının vəziyyəti ilə bağlı bundan sonrakı proseslərdən asılı ola biləcəyini açıqlayıb”.

“XəbərBuro” “TASS”a istinadən xəbər verir ki, bunu Almaniya Nazirlər Kabinetinin rəsmi nümayəndəsi Şteffen Zaybert deyib. O, Merkelin bu məsələdə Almaniyanın Xarici İşlər naziri Hayko Maas ilə həmrəy olduğunu bildirib: “Kansler Xarici İşlər nazirinin fikirlərini bölüşür”.

Eyni zamanda, Almaniya İqtisadiyyat Nazirliyi qaz boru kəmərlərinin həyata keçirilməsinin dayandırılması ilə bağlı ehtimal olunan nəticələrə dair spekulyasiya etmədiklərini bildirib.

Xatırladaq ki, 20 avqustda Tomsk-Moskva uçuşu əsnasında Navalnının vəziyyətinin pisləşməsilə təyyarə Omsk şəhərinə təcili eniş etmiş, siyasətçi təcili yardımla Omsk 1 nömrəli xəstəxanasına aparılmışdı. 22 avqustda isə o, yaxınlarının tələbi ilə xüsusi təyyarə vasitəsilə Berlinin “Şarite” xəstəxanasına köçürülmüşdü.