Silsilə oğurluq edənlər saxlanılıb

Məmmədzadə Zərintac 09/07/2020

Kürdəmirdə silsilə oğurluq hadisəsi baş verib.

”Report”un Yuxarı Şirvan bürosunun məlumatına əsasən, "Xəbərburo" xəbər verir ki, Kürdəmir rayon sakinləri Səlimova Pərvanə Həsrət qızı və Bünyətov Mübariz Əbləsən oğlu müxtəlif vaxtlarda rayon polis şöbəsinə ərizə ilə müraciət edərək onlara məxsus bir ədəd 50 litr su tutumu olan samovarın, musiqi mərkəzinin, su mühərrikinin və digər məişət əşyalarının oğurlanmasına dair məlumat veriblər.

Bununla bağlı Kürdəmir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olub ki,  oğurluğu törədən şəxslər rayon sakinləri, əvvəllər məhkum olunmuş 30 yaşlı Şükürov Ruslan Balacan oğlu və 27 yaşlı Hüseynov Mehman Rəhim oğludur.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində onlar şübhəli şəxs qismində saxlanılaraq Kürdəmir Rayon Polis Şöbəsinə gətirilib. R.Şükürov və M.Hüseynov ilkin dindirmə zamanı etdikləri cinayət əməllərini etiraf ediblər.

Faktla bağlı Kürdəmir rayon Polis Şöbəsində araşdırmalar aparılır.