Vaqif Dərgahlı Ermənistanın informasiya təxribatlarına cavab verib

Sevinc Beybutova 21/07/2020

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Vaqif Dərgahlı Ermənistanın informasiya təxribatlarına cavab verib.

"Xəbərburo"nun məlumatına görə Vaqif Dərgahlı mətbuat konfransında bildirib ki, Ermənistan tərəfi Azərbaycan tankının vurulması “Qrad”yaylım atəşli reaktiv sistemdən istifadə edilməsi, qan çatışmazlığı kimi dezinformasiyalar yayıb.

V.Dərgahlı Azərbaycan xalqını düşmənin dezinformasiyalarına inanmamağa çağırıb.

Onun sözlərinə görə,bu günə olan məlumata görə Müdafiə Nazirliyinə 17 minə yaxın müraciət daxil olub.